Estoniya Rusiyaya qarşı sanksiyaları uzatmağı təklif edir
Estoniya baş naziri Taavi Rıyvis Rusiyaya qarşı sanksiyaların uzadılmasını istəyir.
Movqe.az xarici mətbuata istinadən
xəbər verir ki, baş nazir bu təklifi Polşa prezidenti Andjey Duda
ilə Tallindəki görüşü zamanı səsləndirib.T.Rıyvis hesab edir ki, Estoniya ilə Polşa təhlükəsizlik
məsələləri ilə bağlı bir-birini dəstəkləməlidir: "Götürək elə
Ukrayna münaqişəsini. Biz Ukraynaya dəstəyi davam etdirməliyik. Bu
ölkədə vəziyyət hələ ki stabilləşməyib. Hesab edirəm ki, Ukraynanın
ərazi bütövlüyü tam təmin edilənə qədər Rusiyaya qarşı
sanksiyaların müddəti uzadılmalıdır".