Rusiya tərəfindən ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ probleminin nizamlanması prosesində hər hansı bir maneə və ya problem ola bilməz.
Movqe.az xəbər verir ki, bunu avqustun 27-də
keçirilən brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin (XİN)
nümayəndəsi Mariya Zaxarova bildirib.Müvafiq sualı cavablandıran
XİN rəsmisi ümid etdiyini bildirib ki, Rusiya və Qərb arasında
münasibətlərin gərginləşməsi ATƏT-in Minsk qrupunun Qarabağ
münaqişəsinin nizamlanması üzrə işinə təsir göstərməyəcək."Bizim
tərəfimizdən hər hansı bir maneə və ya problem ola bilməz. Biz bu
formatın iştirakçısıyıq və öz öhdəliklərimizə olduqca məsuliyyətlə
yanaşırıq. Çünki bu qrupun gündəliyində nə dərəcədə ciddi bir
məsələnin olduğunu dərk edirik", — deyə Zaxarova əlavə
edib.