Macarıstan sərhədlərini miqrantlardan qorumaq üçün ordu cəlb edəcək
Macarıstanın baş naziri Viktor Orban sentyabrın 15-dən dövlət sərhədini miqrantlardan qorumaq üçün ordunun cəlb olunacağını bildirib.
Movqe.az-ın verdiyi xəbərə görə, bu barədə "Reuters" məlumat yayıb.
"Sentyabrın 15-dən Macarıstanda sərhəd nəzarətinin yeni sistemi tətbiq ediləcək. Parlament bu gün lazımi qanunları qəbul edəcək. Biz qanunlara və Cinayət Məcəlləsinə dəyişikliklər edəcəyik, həmçinin ordunu sərhədlərin mühafizəsinə cəlb edəcəyik", deyə o bildirib.
Orban bu bəyanatı Avrokomissiyanın rəhbəri Jan Klod Yunkerlə danışıqlardan sonra verib.
Bundan əvvəl Almaniya qatarlarının Budapeştə hərəkətinin dayandırılacağı barədə məlumat yayılıb.