Əlaqə Arxiv
news Image
2015.09.08
14:48
| A A A
Şimali İraqa hava hücumu
Şimali İraqa qaçan terroristlərə hava hərəkatı təşkil olunub. Hava hərəkatına 53 döyüş təyyarəsi qatılıb.Gecə saat 23:00 ilə 05:00 arasında təşkil oluna hava hücumunda 20 hədəfə 130 sursat atılıb. F-16 və F-4 təyyarələri

Movqe.az türk mətbuatına isrinadən xəbər verir ki ,Hakkaridəki terror hücumunun ardından F-16 və F-4 təyyarələri ilə edilən bombardumanda İraqın şimalına qaçan qrupdakı 35-40 terroristin təsirsiz hala gətirildiyi öyrənilib. Alınan məlumata görə, Dağlıca bölgəsinə edilən hücumun ardından Türk Hava qüvvələrinə aid 35 F-16 və 18 F-4 döyüş təyyarələri İraqın şimalına qaçan terrorist qrupun qolları üzərinə və İraqın şimalında olan Şam, Hakkurk, Avaşin, Metina, Basyan , Gare və Zap düşərgələrindəki hədəflərə gecə 23.00 ilə 05.00 saatları arasında sıx hava bombardumanı təşkil edib.


Düşərgələrdə təsbit edilən 20 hədəfə 130 sursat atılıb. Türkiyədən qaçan 20-25 nəfərlik iki qrup da atəşə tutulub. İlk təyin etmələrə görə, 35-40 terroristin təsirsiz hala gətirildiyi müəyyən olunub. Hədəflər tam dəqiqliklə vurularaq tamamilə məhv edilib. Düşərgələrdə da çox sayda terroristin təsirsiz hala gətirildiyi qeyd edilib.

Sizin Reklam Yeriniz