Əlaqə Arxiv
news Image
2015.09.11
16:36
| A A A
USAID-in Azərbaycan üzrə yeni direktoru vəzifəsinin icrasına başlayıb

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə yeni missiya direktoru vəzifələrinin icrasına başlayıb.


Movqe.az-ın USAID-in yerli nümayəndəliyinə istinadən verdiyi məlumata görə, xanım Mikaela Meredis (Mikaela Meredith) bu vəzifəyə təyin olunmazdan əvvəl Vaşinqtondakı baş ofisdə üç aparıcı vəzifədə çalışıb. USAID-da çalışdığı 25 il ərzində o, Yaxın Şərq, Afrika və Şərqi Avropada müxtəlif vəzifələrdə işləyib.

Azərbaycan üzrə missiya direktoru kimi M. Meredis USAID-in Azərbaycanın prioritetlərinə dəstək verən proqramlara rəhbərlik edəcək. "USAID-in inkişaf proqramlarının uğurları üzərində işi davam etdirməyə və hökumət tərəfdaşlarıyla hazırki əməkdaşlığı gücləndirməyə ümid edirəm", - deyə o bildirib.

USAID Azərbaycan xalqının həyatını yaxşılaşdırmaq məqsədilə 1990-ci ildən350 milyon ABŞ dollarından çox vəsait xərcləyib.


Sizin Reklam Yeriniz