Əlaqə Arxiv
news Image
2015.09.24
12:05
| A A A
Ceyms Uorlik: "Danışıqların məhsuldar olacağını gözləyirik"
Bu gün Nyu-Yorkda həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçiriləcək

Bu gün Nyu-Yorkda ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşü olacaq.

Bunu Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb. "Biz məhsuldar danışıqların olacağını gözləyirik" - deyə, o qeyd edib.

Xatırladaq ki, həmsədrlər əvvəlcə hər iki ölkənin xarici işlər nazirləri ilə ayrılıqda, daha sonra isə birlikdə görüşəcəklər.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 23-də Nyu-Yorka yola düşüb. O, həmçinin BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək.


Sizin Reklam Yeriniz