Əlaqə Arxiv
news Image
2015.10.11
21:00
| A A A
İsrail hərbçiləri ilə toqquşmalarda sutka ərzində 9 fələstinli ölüb
Qəzza zolağı yaxınlığında oktyabrın 10-da baş vermiş bir neçə toqquşma nəticəsində 9 fələstinli ölüb.

Movqe.Az-ın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Haaretz nəşri məlumat yayıb. İnsidentlər nəticəsində hər iki tərəfdən 16 nəfər xəsarət alıb.

Ölənlər arasında iki fələstinli yeniyetmənin olduğu bildirilir.

Qeyd edək ki, oktyabrın 9-ada isə Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda 7 fələstinli ölüb, 60-dan çoxu yaralanıb. İordan çayının Qərb sahilində isə israillilərlə baş vermiş toqquşmalarda 1 fələstinli ölüb, bir neçə İsrail vətəndaşı daxil olmaqla 400 nəfər xəsarət alıb.


Sizin Reklam Yeriniz