Əlaqə Arxiv
news Image
2012.12.05
18:17
| A A A
NATO Türkiyənin Patriot tələbinə müsbət cavab verib
Movqe.Az xəbər verir ki, NATO xarici işlər nazirləri Türkiyənin Patriot mərmisi tələbinə müsbət cavab verib. Patriot mərmi batareyalarının Almaniya, Hollandiya və Amerika Birləşmiş Ştatları tərəfindən təmin edilməsi gözlənilir. Ankara NATO-nun qərarının Türkiyə tərəfindən məmnuniyyətlə qarşılandığını ifadə edib.
Brüskseldəki yığıncaqda Türkiyəni xarici işlər naziri Əhməd Davudoğlu təmsil edib. NATO rəhbəri Anders Rasmussen, Suriya rejiminin kimyəvi silahlarını istifadə edə biləcəyi istiqamətindəki xəbərlər səbəbiylə son dərəcə narahat olduqlarını söyləyib. Rasmussen Türkiyəyə yerləşdiriləcək Patriot mərmilərinin NATO-nun mərmi müdafiəetmə sisteminin bir parçası olmadığını vurğulayıb."Bunun qətiliklə aydın olab - olmamasını istəyirəm. Bu sistem yalnız müdafiəetmə məqsədli olacaq. Heç bir şəkildə bölgəyə tətbiqi, ya da hər hansı bir hücum əməliyyatını dəstəkləyici istiqamətdə istifadə edilməyəcək".
Rusiya, Suriya və İran isə bölgədəki qeyri - sabitliyin artıracağı səbəbiylə NATO-nun qərarını tənqid edib.
Türkiyəyə patriot sövqiyyatı ilə bağlı 14 dekabrda Almaniya Parlamenti və Hollandiya Nazirlər Kabinetindəki səs vermələr ediləcək. Diplomatik qaynaqlar isə Patriot mərmilərinin Türkiyəyə yerləşdirilməsinin bir neçə həftə ala biləcəyini bildirirlər.
Sizin Reklam Yeriniz