Əlaqə Arxiv
news Image
2012.12.11
11:51
| A A A
“Qəbələ RLS-dən artıq bu obyektə ehtiyacımız qalmadığına görə imtina etmişik”
Rusiya gələn il Armavirdə yeni nəsil “Voronej DM” raket hücumundan xəbərdarlıq sistemini döyüş növbəsinə buraxacaq "Rusiyanın Qəbələ radiolokasiya stansiyasının icarəsini dayandırması qərarı ilk növbədə bu hərbi obyektin praktiki istifadəsinin zəruri olmaması ilə əlaqədardır. Köhnəlmiş RLS-ləri artıq "Voronej" tipli yeni nəsil stansiyalar əvəzləyir". Bu açıqlamanı "Ria Novosti"yə Rusiya Müdafiə Nazirliyindəki mənbə verib.
Mənbə bildirib ki, əvvəllər Qəbələ RLS-in üzərinə düşən vəzifələri Armavirdə yerləşən yeni nəsil "Voronej DM" raket hücumundan xəbərdarlıq sistemi öz üzərinə götürməyə qabildir: "Bu stansiyanın sınaqları ilin sonuna kimi başa çatacaq. Obyekt 2013-cü ilin ilk rübündə döyüş növbəsinə başlayacaq".
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi bundan əvvəl Peçora, Barnaul, Yeniseysk və Olenoqorskda yeni nəsil radiolokasiya stansiyalarının tikilməsi ehtimalını nəzərdən keçirəcəyini bəyan etmişdi.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Qəbələ RLS-in istismarının rəsmən dayandırıldığına dair dünən Azərbaycana rəsmi nota təqdim edib.
Sizin Reklam Yeriniz