Əlaqə Arxiv
news Image
2012.12.24
10:34
| A A A
ABŞ-ın Minsk Qrupundakı təmsilçisi dəyişdi
ATƏT-in Minsk Qrupunun həmsədri vəzifəsinə müvəqqəti olaraq Yan Kelli təyin olunub Ötən həftə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtkenin səlahiyyət müddəti başa çatıb. Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Conas Stüart məlumat verib. O bildirib ki, dekabrın 21-də Dövlət Departamenti həmsədr vəzifəsinə müvəqqəti olaraq Yan Kellini təyin edib: "Dövlət Departamenti 3 ildən çox həmsədr vəzifəsini yerinə yetirən səfir Bradtkeyə minnətdardır və ona gələcək fəaliyyətində uğurlar arzulayır. ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaqda tərəfləarə kömək etmək üçün ATƏT-in Minsk Qrupundakı həmsədr funksiyasına bağlılığını saxlayır".
Sizin Reklam Yeriniz