Əlaqə Arxiv
news Image
2012.12.24
11:27
| A A A
Türkiyə İsrailə qarşı vetonu geri götürdü
Türkiyə-İsrail münasibətlərində yeni dönəm başlayıb. "France-Presse" agentliyinin yaydığı məlumata görə, Türkiyə NATO-nun İsraillə hərbi əlaqələri genişləndirməsinə qoyduğu vetonu geri götürüb.
Xatırladaq ki, Türkiyə 2010-cu ilin mayında Mavi Mərmərə olayından sonra NATO-nun İsraillə hərbi əməkdaşlığına veto qoyub. İsrail diplomatlarından biri "Jerusalem Post" qəzetinə bildirib ki, Türkiyə son anda vetonu qaldırıb və bu, NATO-nun Türkiyədə "Patriot" sistemlərinin yerləşdirilməsinə razılıq verməsindən sonra mümkün olub. Bundan sonra İsrail NATO-nun təlim və seminarlarında iştirak edə biləcək. İsrail NATO-nun 2013-cü ildə Türkiyə ərazisində keçiriləcək təlimlərində də iştirak edəcək.
Sizin Reklam Yeriniz