Əlaqə Arxiv
news Image
2012.12.25
13:24
| A A A
"Uqo Çavez əməliyyatdan sonra ayağa qalxıb və hətta yeriməyə başlayıb"
Movqe.Az xəbər verir ki, Kubada xərçəng xəstəliyindən əməliyyat olunan Venesuella prezidenti Uqo Çavezin səhhəti yaxşılaşıb. Bu barədə ictimaiyyətə dövlət başçısın köməkçisi Nikolas Maduro məlumat verib. Onun sözlərinə görə, Uqo Çavez əməliyyatdan sonra ayağa qalxıb və hətta yeriməyə başlayıb.
Qeyd edək ki, dövlət televiziyasında çxış edən Nikolas Maduro dünən Çavezlə 20 dəqiqə telefonla danışdığını açıqlayıb. Bu il oktyabr ayında keçirilən prezident seçkilərində 3-cü dəfə dövlət başçısı seçilən 58 yaşlı Uqo Çavez, xərçəng xəstəliyindən bundan əvvəl 2 dəfə əməliyyat olunub.
Sizin Reklam Yeriniz