Əlaqə Arxiv
news Image
2012.12.25
18:28
| A A A
Bidzina İvanişvili Azərbaycan prezidentini Gürcüstana dəvət edib
“Dekabrın 26-da Bakıda keçirəcəyimiz ilk görüşü çox böyük səbirsizliklə gözləyirəm” Gürcüstanın baş naziri Bidzina İvanişvili Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. APA-nın məlumatına görə, B. İvanişvili Azərbaycan dövlət başçısına təbriklərini çatdırıb, cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıb.
"Gürcüstanla Azərbaycanı bir-birinə dərin tarixi tellərlə bağlıdır, münasibətlərimiz dostluğa, hörmətə və qarşılıqlı dəstəyə əsaslanır.
Mən Gürcüstanın yeni baş naziri kimi əminəm ki, birgə səylərimizlə əlaqələrimizə yeni təkan verəcəyik və ölkələrimiz arasında strateji tərəfdaşlıq xalqlarımızın tərəqqisinə və rifahına, regionda sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verməklə keyfiyyətcə daha yüksək səviyyəyə qalxacaq.
Dekabrın 26-da Bakıda keçirəcəyimiz ilk görüşü çox böyük səbirsizliklə gözləyirəm. Bu fürsətdən istifadə edərək münasib bildiyiniz vaxtda Sizi Tbilisiyə dəvət etmək istərdim.
Zati-aliləri, bu düşüncələrimlə icazə verin ən yüksək ehtiramımı Sizə çatdırım", - deyə təbrikdə bildirilir.
Belarus prezidenti Aleksandr Lukaşenko da ad günü münasibətilə Azərbaycan prezidentinə təbrik ünvanlayıb.
Sizin Reklam Yeriniz