"Suriyada seçkiyə qədər müvəqqəti hökumət qurulsun"
Movqe.Az xəbər verir ki, Suriya yaşanan
böhranın həlli üçün diplomatik yol təklif olunub. Birləşmiş
Millətlər Təşkilatının və Ərəb Birliyinin Suriya üzrə xüsusi
nümayəndəsi Əl-Ahdar əl-İbrahimi beş günlük Suriya ziyarətinin
ardınca Moskvaya gedib.
Xüsusi nümayəndə ölkədə yeni bir seçki keçirilənə qədər müvəqqəti hökumət qurulması çağırışını edib: "Bunu söylədiyim zaman mənimlə eyni fikirdə olmadığınıza inanmamaq mümkün deyil. Suriyadakı vəziyyət, hazırda yalnız ölkədə yaşayan xalq üçün deyil, qonşu ölkələr və bütün dünya üçün böyük bir təhlükə saçır. "
Xarici KİV-in yaydığı məlumata görə həmin vaxt Moskva ilə Vaşinqton arasında Suriya böhranının həlli mövzusunda hər hansı bir gizli görüş keçirilmədiyini açıqlanıb. Digər tərəfdən rejimə bağlı ordu birliklərinin müxtəlif şəhərlərdə ağır silahlarla təşkil etdiyi əməliyyatlarda 117 adam həyatını itirib.