Ermənilər işğal altında saxladıqları Qarabağ ərazisində təxribatlara davam edirlər. Dünya birliyinin terror təşkilatı kimi tanıdığı ASALA qruplaşmasının bayrağı Qarabağdakı təmas xəttində asılıb. Fotofaktı ermənilər sosial şəbəkədə yayıblar. Onlar həmin bayrağın 2011-ci ildən bəri təmas xəttinin Tərtər rayonu istiqamətindəki döyüş mövqelərində asıldığını və Azərbaycan mövqelərindən göründüyünü yazırlar. Məsələnin vacib hissəsi isə başqadır. Terrorizmə qarşı mübarizə aparan dünya birliyi ASALA-nın fəaliyyətinə şərait yaradan Ermənistana qarşı əməli addm yox, heç söz də demir. Elə Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurum Minks qrupu da susur. Bütün bunlar isə bir çox mətləblərdən xəbər verir. Bu fonda da Azərbaycanın Qarabağda antiterror əməliyyatlarını gündəmə gətirir.
Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm
Cabbarlı bildirir ki, Ermənistan terrorizmə dəstək verən,
terrorçuları mükafatlandıran dövlətdir: “Türk diplomatlarına qarşı
terror aktını həyata keçirən ABŞ vətəndaşı Monte Melkonyan 1990-cı
ildə Ermənistana, daha sonra isə Qarabağa gələrək Azərbaycan
vətəndaşlarına qarşı törədilən vəhşiliklərdə iştirak etmiş və
1993-cü ildə öldürülüb. Melkonyanın yas mərasimində Ermənistan
Prezidenti Levon ter-Petrosyan da iştirak etmiş, ona ölümündən
sonra “Ermənistanın Mili Qəhrəmanı” adı verilib. İndi isə ermənilər
sosial şəbəkələrdə Tərtər rayonunun işğal altında olan bölgələrdə
ASALA terror təşkilatının bayrağının dalğalandığı şəkli
paylaşırlar. İddia edilir ki, həmin bayraq 2011-ci ildən etibarən
oradadır. Dünya dövlətləri beynəlxalq terrorizmə qarşı mübarizə
apardığı bir vaxtda Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan
torpaqlarında ASALA terror təşkilatının bayrağının nədən
dalğalandığı heç kimi narahat etmir. Maraqlı budur ki, başda ABŞ
olmaqla dünyanın böyük dövlətləri terrorizmə qarşı mübarizə
apardıqlarını iddia etsələr də, Azərbaycanın işğal altında qalan
ərazilərində anti-terror əməliyyatları aparmasına soyuq baxırlar.
Qeyd edək ki, son 20 ildə ABŞ-ın terrorizmə dəstək verdikləri və
real təhlükə olduqları iddiası ilə işğal etdikləri heç bir dövlət
əslində, terrorçu dövlət deyil və heç biri Ermənistan qədər terrora
dəstək verməyib. Ermənistanın son 20 illik tarixində bu qədər
terror aktları təşkil etdiyini sübut edən tarixi və hüquqi sənədlər
olsa da, Qərb dünyası Ermənistanı terrorçu dövlət olaraq tanımaq
istəmir. Bu məsələ barəsində Azərbaycan və Türkiyə müdafiə
mövqeyindən çıxaraq bu həqiqətləri dünya ictimaiyyətinə daha
mütəmadi olaraq başa salmalıdır”.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli
politoloq Hasan Oktay "Mövqe”yə bildirdi ki, Ermənistan dünyada
meydana gələn ittifaqlarda özünə yer edə bilmir: “Türkiyə-Rusiya
yaxınlaşması, Ukraynada Rusiya-Qərb rəqabəti Ermənistan üçün çətin
günlərin başlanğıcıdır. Qarabağ problemi Azərbaycan ilə Ermənistan
arasında bir böhran olmaqdan başqa beynəlxalq böyük bir böhranın də
səbəbiolma xüsusiyyətini daşıyır. Yəni, problem iki ölkə arasında
olsa idi, həll üçün bütün arqumentlər ortaya qoyula bilər. Bu
əhatədə da ermənilərin terror təşkilatlarının arxasına sığınması
mümkündür. ASALA bütün dünyada terror təşkilatı kimi qəbul edilib.
Belə bir təşkilata Ermənistanın sahib çıxması və ya Rusiyaya qarşı
yeni bir cəbhə açmaq istəyənlərin buna təhrik etmək üçün bu cür
təxribata əl atması önümüzdəki günlərdə bölgədə ciddi çətinliklərin
yaşanacağına işarə edirr. Yəni, Ermənistan sözdə əsgərlərinə güvən
verməyə çalışarkən fərqinə də varmadan böyük bir təhlükə ilə üz-üzə
qalır. Bu vəziyyət Ermənistan üçün geridönülməz bir yoldur. Qısa
zamanda bundan imtina etməli və Qərb güclərinin “oyununa”
gətməməlidir. Qarabağda baş verəcək hadisələr Ermənistana bir fayda
verməyəcək”.
Mübariz BAYRAMOV