Bu günə gözlənilən hava şəraiti

Havanın temperaturunun gecə 11-16 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə aprelin 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə isti, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
Aprelin 28-29-da ölkə ərazisinin hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Əksər rayonlarda dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, lokal qısamüddətli az yağış yağacağı ehtimalı var.
Tural QABİLOĞLU