Türkiyədə turist avtobusu aşdı: xeyli yaralı var
Türkiyənin Muğla vilayətində turistləri aparan avtobus aşıb.
Movqe.az Trend-ə istinadən bildirir ki, yol-nəqliyyat hadisəsi nəticəsində 26 nəfər xəsarət alıb. Onların vətəndaşlığı hələ açıqlanmır.
Yaralılar şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyətləri normal qiymətləndirilir.
Təfərrüatlar barədə məlumat verilmir.