Əlaqə Arxiv
news Image
2013.05.27
14:41
| A A A
“Mən Azərbaycanlıyam” yarışması internetdə təşkil olunur
İyunun 1-dən etibarən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ilk dəfə olaraq "Mən Azərbaycanlıyam" milli bilik yarışması internet məkanında təşkil olunacaq.

Mövqe.az-ın yarışmanın məqsədi milli-mədəni irsimizin tanıdılması və təbliğidir. Yarışma iştirakçıları oyunun www.azerbaycanliyam.az veb-saytı və Facebook səhifəsi vasitəsilə yarışmaya qoşulma imkanı əldə edəcəklər.

Bu gündən - mayın 27-dən artıq yarışmada iştirak üçün veb-saytda qeydiyyatdan keçmək mümkün olacaq.

Yarışma dekabrın 1-dək davam edəcək və hər 10 gündən bir ilk onluğa düşən iştirakçıların hər birinə netbuk, ilk yüzlüyə düşənlərə isə mobil operatorların 10 manatlıq danışıq kartları təqdim olunacaq. Ayın qaliblərinə iPhone və iPad, super finalın qaliblərinə pul mükafatları veriləcək.

Super finalın qalibi əgər İKT ixtisası üzrə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ilə müəyyən olunan universitetin magistr pilləsinə daxil olarsa, pul mükafatı əvəzinə onun üçün RİTN-də yaradılmış İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu tərəfindən təhsil haqqı ödənilə bilər.

Super final 2013-cü il dekabr ayının birinci həftəsində keçiriləcək və bütün iştirakçılar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən müəyyən olunmuş məkanda toplanaraq öz aralarında yarışmaqla 3 qalib müəyyən olunacaq.
Sizin Reklam Yeriniz