Əlaqə Arxiv
news Image
2013.06.14
13:05
| A A A
Uşaqları təhlükəli informasiyalardan necə qoruyaq?
Osman Gündüz: "Dövlətin dəstəyi ilə “halal internet” xidməti təklif edilə bilər"


"Azərbaycanda uşaqları evlərdə və internet klublarda təhlükəsiz internetlə təmin etmək üçün dövlət tərəfindən dəstək göstərilməlidir". Bu sözləri Movqe.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz söyləyib. O. Gündüzün sözlərinə görə, hazırda Azərbaycanın təhsil müəssisələrinə süzgəcdən keçmiş internet verilir. Amma evlərdə, internet klublarda uşaqları təhlükəli informasiyalardan  sığortalamaq mümkün deyil. O. Gündüzün sözlərinə görə, bu işi iki istiqamətdə həyata keçirtmək olar: "Kompyuterlər üçün elə proqram təminatları hazırlamaq olar ki, həmin proqramları evlərdə, internet klublarda kompyuterə yükləmələ uşaqların təhlükəli informasiya almalarını məhdudlaşdırmaq olar. İkinci istiqamət isə odur ki, ölkədə "halal internet" xidməti təklif edilə bilər. Bu provayderi seçən valideyn yaxud internet klub uşaqları zərərli informasiya almaqdan sığortalaya bilər". Lakin, O. Gündüz Azərbaycanda bunun özəl sector tərəfindən gerçəkləşdirilməsinə marağın olmadığını deyir: "Provayderlər istəyirlər ki, onlara sərf edən və müştəri cəlb edən paket seçsinlər. Bu zaman ola bilər ki, "halal internet"ə tələbat az olsun. Təbii ki, heç bir provayder istəməz ki,  ziyana işləsin. Bu zaman dövlətin dəstəyi ilə "halal internet" xidməti təklif edilə bilər".
Sizin Reklam Yeriniz