Azərbaycanda koronavirusdan ölənlərin yaşı...
Koronavirusdan vəfat edənlərin 43 faizi 60-69, 14 faizi 70-79 yaş arasındadır.
Mövqe.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 40-49 yaş arasında bir vətəndaşımız vəfat edib:
“Bildiyimiz kimi, həmin vətəndaşımız uzun sürən xəstəlikdən əziyyət çəkirdi”.
R.Bayramlı vətəndaşları məsuliyyətli olmağa dəvət edib:
“Bizim “Evdə qal!” şüarımız qüvvədədir. Hər kəs qapalı məkanlarda maskalardan istifadə etməlidir. Faktlar göstərir ki, vəfat edənlərin çoxu yaşlı nəslin nümayəndələridir. Mən gənclərə səslənirəm ki, gəlin, böyüklərimizi qoruyaq”.