Əlaqə Arxiv
news Image
2021.01.28
17:00
| A A A
Erməni təcavüzü nəticəsində Horadizdə dağılan evlər bərpa olunur

Vətən müharibəsi zamanı erməni təxribatı nəticəsində mülki obyektlərə dəymiş ziyanın aradan qaldırılması üçün 11 rayon və şəhərdə tikinti işlərinə başlanılıb.

Mövqe.az-ın məlumatına görə, həyata keçiriləcək işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılır. Həmin işlər ötən gündən etibarən Horadiz şəhərində də həyata keçirilir.

Qeyd edək ki, dəymiş ziyanın aradan qaldırılması məqsədilə mülki obyektlərin təmiri və ya yenidənqurulması təşkil olunacaq.
Sizin Reklam Yeriniz