Əlaqə Arxiv
news Image
2013.10.03
18:48
| A A A
Uşaq müəssisələrində nöqsanlar aşkarlanıb-Eksklüziv
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 4 yaşdan 6 yaşadək uşaqların tərbiyyə olunduğu uşaq müəssisələrində monitorinq aparıb. Komitənin Analitik Araşdırmalar və İnformasiya şöbəsinin müdiri Elgün Səfərovun Movqe.az-a verdiyi məlumata görə, örtən gün monitorinq Sabunçu rayonundakı uşaq müəssisələrində keçirilib: "Monitorinq zamanı uşaq müəssisələrində xidmətin səviyyəsi yoxlanılıb, uşaqların təhlükəsizliyi ilə bağlı məsələlərə diqqət yetirilib. Bir uşaq müəssisəsinin 3-cü mərtəbəsində pəncərədə dəmir barmaqcıqların olmaması irad tutulub. Bu məsələ uşaqların təhlükəsizliyi baxımından vacib məsələdir".

E. Səfərov monitorinqlərin davam etdiyini söyləyib. Onun sözlərinə görə, ilin sonunadək 6 uşaq müəssisəsində monitorinqlər keçiriləcək.  

Sizin Reklam Yeriniz