Əlaqə Arxiv
news Image
2013.10.24
14:44
| A A A
İnternet televiziyalar nə vaxt tənzimlənəcək?
Toğrul Məmmədov: "Hələki MTRŞ-da internet televiziyaların fəaliyyətinin tənzimlənməsi müzakirə mövzusu deyil" Azərbaycanda internet televiziyaların sayı artsa da, hələki Milli Televiziya və Radio Şurasında  (MTRŞ) efir televiziyası ilə yanaşı, internet televiziyaların fəaliyyətinin də tənzimlənməsi müzakirə mövzusu deyil. Bu sözləri Movqe.az-a açıqlamasında MTRŞ-nin aparat rəhbəri Toğrul Məmmədov söyləyib. T.Məmmədovun sözlərinə görə, ölkəmizdə internet televiziyalarının tənzimlənmsəsinin yaxın gələcəkdə mümkün deyil: " İnternet televiziyaların fəaliyyətini Avropa ölkələri və digərləri də tənzimlənməyib. İnternet televiziyasının tənzimlənməsi üçün yollar bütün ölkələrdə və həmçinin bizdə də axtarılır. Hələ ki bu məsələdə yenilik yoxdur. Yaxın gələcəkdə internet televiziyaların tənzimlənməsi gözlənilmir".
Sizin Reklam Yeriniz