Əlaqə Arxiv
news Image
2013.10.28
16:51
| A A A
Tikintidə Avropa standartlarının tətbiqi aktuallaşdı
Ramil Osmanlı: «Azərbaycanda bu standartların tətbiqi bu gün üçün yolverilməzdir»

Fazil Talıblı: "Yaşayış binaları tikilərkən istifadə olunan xammalın, tikinti materiallarının standartlara uyğunluğu, keyfiyyəti, təhlükəsizliyi yoxlanılır"


Azərbaycanla sosial-iqtisadi, siyasi əməkdaşlığını genişləndirməyə xüsusi maraq göstərən Ukrayanada tikinti standartlarının Avropa göstəricilərinə uyğunlaşdırılması hazırda ənfəal müzakirə mövzularından birinə çevrilib. Sözügedən ölkədə tikinti prosesində məhz Avropa standartlarını tətbiq etmək istəyirlər. Bəzi ekspertlər isə bildirir ki, belə vəziyyət mənzillərin inşasının bahalaşmasına gətirib çıxaracaq. Amma Avropa standartlarının tətbiqi mənzillərin daha keyfiyyətli olmasına rəvac verəcək. 

Azərbaycanda da analoji standartların tətbiqinin vacib olması haqda fikirlər səsləndirilir. İndilikdə isə Azərbaycanda Avropa standartlarına uyğun olan, istər yüksək keyfiyyətli materiallarla tikilən, istər yaşayış sahəsi adambaşına  minimum 18 kvadrat metr olan  və s. tələblər gözlənilərək inşa edilən mənzillər azlıq təşkil edir. Üstəlik bu cür evlər yüksək satış qiyməti ilə əhaliyə təqdim olunur. Nəticədə əhalinin az hissəsi belə evlərə sahib ola bilir.   

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı Movqe.az-a verdiyi açıqlamada Azərbaycanda hələ ki, Avropa standartlarına uyğun mənzillərin tikintisin  gözlənilmədiyin bildirib və bunu səbəblərini belə göstərib: "Azərbaycan mənzil bazarında Avropa standartlarının tətbiq olunması ümumiyyətlə, bu günün mövzusu deyil. Öncə ona görə ki, Azərbaycanda Avropa  mülkiyyət məsələlərinə aid olan  əmlak məsələlərinə daxil olan mülkiyyət məsələsi tam olaraq öz həllini tapmayıb. Və eyni zamanda, Avropa konvensiyasına daxil olan ölkələrdə  mülkiyyət hüquqlarının qorunması  tam təbii şəkildə həyata keçirilir. Azərbaycanda isə bu istiqamətdə müəyyən problemlər var. Bu baxımdan hesab edirəm ki, bu ilkin hüquqi prosedur Azərbaycanda problem yaşayır. Bu baxımdan Azərbaycanda bu standartların tətbiqi bu gün üçün yolverilməzdir. O ki qaldı texniki məsələlərlə bağlı olan digər prosedurlara, hansı ki, mənzil fondu göstəricilərinin yaxşılaşdırılması, ümumi mənzil fondu üzrə orta mənzil göstərciləri və sair,  hesab edirəm ki, bunun üçün də Azərbaycana müəyyən qədər vaxt lazımdır. Ən azından istismar müddəti başa çatmış və bu gün Azərbaycan bazarının əsas hissəsini təşkil edən, Sovet dövründən qalmış bəzi binaların sökülməsi, istismardan çıxarılmasına ehtiyac var. Yəni bunlar həyata keçirilməlidir. Söhbət Bakı şəhərinin mikrorayonlarının əhatə edən və yaşayış sahəsi cəmi 25 kvadratmetr olan 3 otaqlı mənzillərdən, və yaxud  1 otaqlı, yaşayış sahəsi 12-13 kvadrat metr olan mənzillərin bazardan çıxarılmasından gedir. Belə mənzillərin ya əsaslı, kütləvi rekonstruksiyasına, ya da, ümumiyyətlə, bazardan çıxarılmasına, sökülüb, yerində yeni binaların tikilməsinə ehtiyac var. Ötən əsrin 30-cu illərində tikintisi həyata keçirilmiş, istismar müddəti çoxdan başa çatmış bəzi layihələr var ki, bu layihələrin dövriyyədən çıxarılmasına ehtiyac var. Bunu həyata keçirmədən, hesab edirəm ki, Azərbaycanda Avropa standartlarının tətbiqi mümkün olmayacaq". 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri  Fazil Talıblı isə məsələ ilə bağlı saytımıza verdiyi açıqlamada Azərbaycanda müəyyən standartlarına tələb olunduğunu və buna xüsusi nəzarət olunduğunudeyib: "Azərbaycanda nə istehsal olunursa, idxal olunursa, mövcud standartlara uyğun istehsal olunur. Buna xüsusi nəzarət edilir və o standartlara uyğunluq yoxlanılır. Yaşayış binaları tikilərkən də orda istifadə olunan xammalın, tikinti materiallarının standartlara uyğunluğu, keyfiyyəti, təhlükəsizliyi yoxlanılır. Bunlar laboratoriya şəraitində yoxlanıldıqdan  sonra protokollarla təsdiqlənir. Ondan sonra xammal olaraq istifadəsinə icazə verilir. Qaldı ki, mənzillərin özünün ölçülərinin standartlarla tənzimlənməsinə, Azərbaycanda dövlət standartları ilə yanaşı, dövlətlərarası standartlar da mövcuddur ki, onlar da ölkəmizdə qüvvədədir. Avropa standartları isə, Azərbaycan Respublikasında Dövlət standartı qəbul edildikdən sonra nəzərə alınır. Azərbaycan da dünyanın inkişaf etməkdə olan parçalarından biri olaraq, burda tikilən mənzillərin şəraitinin maksimum vətəndaşların xeyrinə yaradılması, onların rahat, sərbəst və müasir tələblərə uyğun yaşaması üçün bütün imkanlar yaradılır. Hesab etmirəm ki, Azərbaycanda tikilən yeni binalarda bu minimal tələblər nəzərə alınmasın".  


 


Sizin Reklam Yeriniz