Əlaqə Arxiv
news Image
2012.06.04
16:59
| A A A
Baş Dövlət Yol Polisi İdarəsindən yük daşıyan sürücülərə müraciət
Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Movqe.Az-a verdiyi açıqlamada yük daşıyan sürücülərə müraciət edib.

Vaqif Əsədov bildirib ki, yay mövsümünün gəlişi ilə əlaqədar rayonlardan Bakıya kənd təsərrüfatı məhsullarının daşınması magistral yollarda hərəkətin intensivliyini artırıb. Bu səbəbdən də, yol qəza hadisələrinin sayı artmaqdadır.

"Qeyd edim ki, bu daşımalar rayonlardan adətən gecə saatlarında həyata keçirilir. Adətən də, məsz, gecələr yol qəza hadisələri baş verir. Bu səbəbdən də, hər hansı hadisənin baş verməməsi üçün həmin sürücüləri ehtiyatlı olmağa çağırırıq.
 

Onlar ilk növbədə vaxtınada istirahət etməli, dincəlməlidirlər", - Vaqif Əsədov deyib.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz