Əlaqə Arxiv
news Image
2012.06.06
16:36
| A A A
SOCAR Bakı-Supsa boru kəməri ilə neft ixracını çoxaldıb

Yanvar-may aylarında Azərbaycandan Bakı-Supsa boru kəmərinə 1, 215 milyon ton neft ixrac edilib. Bu haqda SOCAR məlumat verib.

Keçən il ilə müqayisə də bu il Bakı-Supsa kəməri ilə 30 min tondan çox neft ixrac olunub.

 

Qeyd edək ki, yanvar ayında 315,253 min ton, fevralda – 161,49 min ton, martda – 411, 849 min ton, apreldə - 161, 449 min ton, may ayında isə - 165, 629 min ton neft ixrac olunub.


Onuda qeyd edək ki, Bakı-Supsa boru kəməri 1994-cü il 20 sentyabrdan fəaliyyət göstərir. Bu borunun ölçüsü 830 km-dir. Bakı-Supsa boru kəməri il ərzində 7 milyon neft ixrac edə bilər.

2011-ci il ərzində SOCAR Bakı-Supsa kəməri vasitəsi ilə 2, 652 milyon ton neft ixrac etmişdi.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz