Quru saçlar üçün maska resepti
Yay fəslində saçların qulluğa daha çox ehtiyacı
var. Çünki günəşin şüaları saçlarda saçqıran, ümumi quruluq
yaradır. Saçlarımızın sağlamlığı qidalanmağımızdan da
asılıdır.
Salona getməyə bəzən qadınların ya imkanı, ya
da vaxtı olmur. Ancaq ev şəraitində də saçlara qulluq etmək
olar.
Quru saç üçün maska:
1 xörək qaşığı gənəgərçək yağı
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı quru saç üçün şampun
Qatışığı saçınızın dibinə çəkib isti dəsmalla
başınızı bağlayın.2 saatdan sonra başınızı şampunla yuya
bilərsiniz.