Əlaqə Arxiv
news Image
2012.06.13
20:32
| A A A
Oqtay Gülalıyev azadlığa buraxılıb
Movqe.Az xəbər verir ki, Sabirabad məhkəməsi Kür Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru barədə həbs qətimkan tədbirini dəyişdirib.

Məhkəmə hökmünün elanından sonra Oqtay Gülalıyev iclas salonundan sərbəst buraxılıb.

Bununla yanaşı Turan agentliyi fəal barədə cinayət işinin qüvvədə qaldığını bildirir.

Oqtay Gülalıyev aprelin 8-də Sabirabad rayonunda daşqınlardan zərərçəkənlərə kompensasiyaların "ədalətli bölünməsi" tələbi ilə keçən etirazlardan sonra həbs olunub.

Ona qarşı 3 ilədək həbs cəzasını nəzərdə tutan iğtişaşlara təhrik ittihamı irəli sürülüb.

Xatırladaq ki, 2010-cu ilin yazında çayların daşması zamanı yüz min hektar torpaq və iyirmi min ev ziyan çəkib

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz