Bakı yollarında hərəkət məhdudlaşdırılacaq
Bu gün saat 13:00-dan
Neftçilər prospekti, Əziz Əliyev küçəsi kəsişməsində, Azadlıq
meydanı istiqaməti, həmçinin Ü.Hacıbəyov küçəsi, Zərifə Əliyeva,
Rəsul Rza, Neftçilər prospekti, Azneft dairəsinədək avtomobil
hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək. Buna
səbəb
isə paytaxtın
bəzi yollarında Formula 1 idman şousunun Neftçilər prospektində və
ona paralel küçələr istiqamətində start verilməsidir.
Bu haqda Movqe.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.
"Saat 13:00-da şou başlayandan sonra, Azneft meydanı və Cavanşır körpüsündən qeyd edilən istiqamətlərdə avtomobil hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəişdiriləcək", - Vaqif Əsədov dedi.
Türkan Nadirqızı
Movqe.Az