Əlaqə Arxiv
news Image
2012.06.18
13:50
| A A A
Oyunlar beynimizi dağıdır
Movqe.Az  xəbər verir ki, son araşdırmalar zamanı bir həftə fasiləsiz olaraq kompüter oyunundan sonra cavan kişilərin beynində dəyişiklik baş verdiyi aşkarlanıb. Bu dəyişiklik emosiyalara cavabdeh olan sol aşağı alın payına, düşüncə prosesindən ötrü məsuliyyət daşıyan baş beyin qabığının kəmər əyriliyinin ön hissəsinə təsir göstərir. İndiana Universitetinin nəznindəki Tibb məktəbinin radiologiya kafedrasının dosenti Yanq Vanq deyir: "Biz aşkar etdik ki, bir həftəlik kompüter oyunlarından sonra beynin bu sahələrində aktivlik azalır ". 

  Eksperimentlərin gedişində 11 nəfər hər gün "atışmalı " oyunlar oynamalı idilər. Digər bir qrup isə ümumiyyətlə heç bir oyun oynamamalı idi. Sonra sınaq iştirakçıları müayinə olunaraq, bir sıra testlərdən keçdilər. Aydın oldu ki, oyun  həvəskarları zorakılıq və ya könüllülük əməllərini işarə edən sözləri pis ayırd edir, həm də pis sayırlar. Lakin eksperimentlər başa çatandan iki həftə sonra hər iki qrupun nəticələri eyniləşmişdi.

Sizin Reklam Yeriniz