Əlaqə Arxiv
news Image
2012.06.25
19:59
| A A A
MTN tərəfindən narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslər aşkarlanıb
Movqe.Az xəbər verir ki, İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan şəxslər ifşa edilib. Onlardan 25 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. 

 MTN-in həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Kazımov Cavid Əliməmməd oğlu və Həmidov Şahbaz Əvəzağa oğlu saxlanılıb.

Aparılan tədqiqat zamanı məlum olub ki, Cavid Kazımov, Şahbaz Həmidov və hazırda şəxsiyyəti istintaqla araşdırılan İranın Abuzər adlı vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə qanunsuz əldə etdikləri külli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İran istiqamətindən Azərbaycanın Cəlilabad rayonunun ərazisinə gətiriblər.

 Bütün faktlarla bağlı cinayət işləri başlanılıb. Adları çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

 Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz