Əlaqə Arxiv
news Image
2012.07.14
18:11
| A A A
Narkotik bitkilər əkib-becərən şəxs saxlanıldı
Movqe.Az xəbər verir ki, Sabirabad polisi keçirilən əməliyyat zamanı həyətində narkotik vasitə becərən şəxsi yaxalayıb. 

Cənub TV kanalının verdiyi məlumata əsasən, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaşxaş-2012" tədbirlər planı çərçivəsində keçirdiyi əməliyyat tədbirləri zamanı rayonun Əsədli kəndində yaşayan, 43 yaşlı Mübariz Mirzağa oğlu Fərzəliyevin həyətində narkotik tərkibli çətənə kollarının əkilib-becərilməsi ilə bağlı daxil olumuş məlumat əsasında həyətyanı sahəyə baxış keçirilib. Baxış zamanı onun həyətində 3 ədəd aqrotexniki qaydada əkilib-becərilmiş narkotik tərkibli çətənə kolu aşkar edilib. Polis əməkdaşları tərəfindən çətənə kolları götürülərək qablaşdırılıb. Mübariz Fərzəliyev isə şöbəyə gətirilərək törətdiyi cinayəti etiraf edib.

Türkan Nadirqızı

Movqe.Az

Sizin Reklam Yeriniz