Kişi həyat yoldaşından ona xəyanət edib, yad kişidən uşaq dünyaya gətirdiyi üçün aliment tələb edir! - ŞOK OLAY
"ATV" telekanalının "Düzünü desək" verlişində maraqlı hadisə baş
verib. Mövqe.az xəbər verir ki, Rasim adlı bəy ona xəyanət edib,
övladlarını atıb, gedən keçmiş xanımı Gülnarədən aliment tələb
edib. 48 yaşlı Rasim bəy iddia edib ki, xanımı onu pulu az olduğuna
görə atıb və digər evli kişi ilə nigahsız yaşamağa razı olub. Bir
oğlan övladını özü ilə aparan ana , bir qız, bir oğul övladını
Rasim bəyin öhdəsində qoyub. Həyat yoldaşını hal-hazırda da
bağışlayacağını söyləyən Rasim bəy efidə göz yaşlarını
saxlaya bilməyib: "Uşaqlıqlıqdan yetim böyümüşəm. Onu istəyib,
almışam. İndi də sevirəm, barışmaq istəyirəm. Bağışlayaram onu.
Amma qayıtsın. Qayıtmasa övladlarım üçün aliment tələb edirəm
ondan... Övladlarımın 18 yaşı tamam olduqdan sonra gedib bankdakı
hesablarından özləri çıxararlar. Mənim uşaqlarıma geyim almağa heç
imkanım çatmır. Amma buna baxmayaraq övladımı o anaya vermərəm.
Qoymaram qızım yad kişinin yanında böyüsün".
Verlişin yaradıcı heyyəti tərəfindən Gülnarə xanımla əlaqə yaradılıb. Zəngə cavab verən qadın dedikləri ilə hər kəsi şoka salıb: " Mən neynirəm gündə 5-10 AZN evə pul gətirən kişini? Məni narahat etməyin. Qoyun öz həyatımı yaşayım. Mən özüm xəyanət etmişəm ona. Günahka mənəm. O məni hələ də sevir, barışmaq istəyir. Amma mən istəmirəm. Bu kişidən təzə övladım da olub. Digər uşaqlarımda böyüyüb, axtararlar məni istəsələr. Alimenti hardan verim? Mənim özümü saxlayırlar, mən necə aliment verim ? Özümdə işləmirəm. Yoxumdu".