Azərbaycanda Fond beynəlxalq konfrans keçirəcək
Elmin İnkişafı Fondu 1-ci Azərbaycan-Belarus beynəlxalq konfransını
keçirəcək.Movqe.az xəbər verir ki, oktyabrın
21-22-də Bakıda Elmin İnkişafı Fondunun təşəbbüsü və maliyyə
dəstəyi ilə 1-ci Azərbaycan-Belarus beynəlxalq konfransı
keçiriləcək.
Beynəlxalq konfransda 1-ci Azərbaycan-Belarus birgə beynəlxalq
qrant müsabiqəsi çərçivəsində birgə yerinə yetirilən
fundamental-tətbiqi xarakterli elmi-tədqiqat layihələri üzrə bir il
ərzində alınmış elmi nəticələr məruzə ediləcək, monitorinq
xarakteri daşıyan müzakirələr aparılacaq, birgə qrant müsabiqələri
yolu ilə əməkdaşlığın perspektivləri və konkret sahələri üzrə
məsləhət və tövsiyələr veriləcək.
Konfransdan əvvəl BRFTF ilə EİF-in birgə qrant Komissiyasının iclası keçiriləcək, 2-ci Azərbaycan-Belarus beynəlxalq qrant müsabiqəsinin təşkili və keçirilməsi üzrə məsləhətləşmələr aparılacaq, müsabiqənin prioritetləri, keçirilmə tarixi, ekspertiza işinin təşkili ilə bağlı məsələlər müzakirə olunaraq razılaşdırılacaq. 2-ci müsabiqənin konfrans ərəfəsində elan olunması planlaşdırılır.
Qeyd edək ki, 2012-ci il 28 sentyabr tarixində Minsk şəhərində Elmin İnkişafı Fondu ilə Belarus Milli Elmlər Akademiyası və Belarus Respublika Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında beynəlxalq Saziş imzalanıb. Bu məsələ Azərbaycan-Belarus Hökumətlərarası komissiyanın müxtəlif illərdə keçirilmiş iclaslarının protokollarına da daxil edilib. Sazişə əsasən, Elmin İnkişafı Fondu Azərbaycan və Belarus alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olan elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə 1-ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsini elan edərək keçirib.
Bu müsabiqə üzrə 7 fundamental-tətbiqi xarakterli layihə qalib elan edilib, Azərbaycan tərəfi üçün ümumi maliyyələşdirilmə həcmi 490000 manat olub