Səhiyyə Nazirliyindən Azərbaycanda "Ebola" yayılması xəbərinə-Açıqlama
Səhiyyə Nazirliyi Sumqayıtda "Ebola" virusunun
aşkarlanması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar
Qədirli Movqe.az-a açıqlamasında
yazılanların cəfəngiyat olduğunu deyib. O qeyd edib ki, məlum xəbər
jurnalist səhvi və qeyri-peşəkarlığının nəticəsidir. A. Qədirlinin
sözlərinə görə, ölkə ərazisində "Ebola" virusu aşkarlanmayıb:
"Səhiyyə Nazirliyinin "Ebola" virusuna qarşı qabaqlayıcı
tədbirlərin görülməsi ilə bağlı təlimatları var və bunu da
respublikanın bütün mərkəzi xəstəxanaları əldə edib. Bu gün ölkədə
mövcud vəziyyət stabildir və heç bir hal aşkar edilməyib".
Qeyd edək ki, mediada Sumqayıt şəhərində
halının pisləşməsi ilə əlaqədar xəstəxanaya müraciət edən xarici
ölkə vətəndaşının "Ebola" virusuna yoluxma ehtimalı ilə əlaqədar
nəzarət altına alındığı barədə xəbər yayılıb.