Əlaqə Arxiv
news Image
2014.11.25
14:00
| A A A
İmtahan fənlərinin sayı artırıldı

"Buraxılış imtahanlarında 11-ci sinif şagirdlərinə 3-cü fənn – xarici dil fənni əlavə edilib".

Movqe.az xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə deyib. O vurğulayıb ki, şagirdlər tədris müddətində hansı xarici dili öyrəniblərsə, həmin fənndən imtahan verəcəklər: "9-cu siniflərin buraxılış imtahanlarında isə heç bir dəyişiklik yoxdur.  Bundan başqa buraxılış imtahanlarından 2 alan şagirdlərin hamısı attestat alacaq, amma onlar orta ixtisas məktəblərinə qəbulda iştirak edə bilməyəcək. Çünki qəbul qaydalarına əsasən abituriyent hər bir fənndən ən azı 10% nəticə göstərməlidir".
M.Abbaszadə buraxılış imtahanlarına əlavə edilən fənnin şagirdlər üçün çətinlik yaratmayacağını deyib:
"Üçüncü fənn xarici dil olacaq. Üçü qrupda xarici dil fənni var. Hesab edirəm ki, bu fənnin əlavə edilməsi şagirdlərə çətinlik yaratmayacaq. Çünki orta məktəblərin hamısında xarici dil fənni keçirilir. Şagirdlər hansı fənn üzrə təhsil alıblarsa, həmin fənn üzrə də imtahan verəcək".

Sizin Reklam Yeriniz