Əlaqə Arxiv
news Image
2014.11.25
12:45
| A A A
Vüqar Səfərli: Bu gün televiziya və radio sahəsində işləyənlərin çoxu qeyri-peşəkarlardır
Azərbaycan ədəbi dilinin qorunmasında televiziya və radio kanalları daha böyük məsuliyyət daşıyır, çünki qəzetlərə və digər mətbuat orqanlarına nisbətən televiziya və radio kanalları daha böyük auditoriyanı əhatə edir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında MTRŞ və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət etməsi sahəsində 2014-cü ilin sentyabr-oktyabr aylarında aparılmış monitorinqlərin nəticələri barədə keçirilən mətbuat konfransında deyib. V.Səfərli bildirib ki, bu gün Azərbaycan televiziya və radio kanallarında xarici sözlərdən tez-tez istifadə olunur və insanlar da belə ifadələri eştimək məcburiyyətində qalırlar.
KİVDF rəhbəri televiziya və radio kanallarında işləyən insanların peşəkarlığının aşağı səviyyədə olduğunu qeyd edib: "Bu gün televiziya və radio sahəsində işləyən insanların çoxu peşəkar olmayan, öz işini bilməyənlərdir".
Fondun icraçı direktoru problemin həlli üçün təkliflə çıxış edib: "Mən təklif edirəm ki, müəyyən təlimlər təşkil edilsin və televiziya və radio əməkdaşları təlimlərə getsin, öz peşəkarlıqlarını artırsın. Biz Fond olaraq həmin təlimləri dəstəkləməyə hazırıq. Necə ki, neçə ildir monitorinqlərin aparılmasına dəstək veririk. Ədəbi dilin qorunması hamımızın borcudur və hesab edirəm ki, hər birimiz bu istiqamətdə iş aparsaq, müsbət nəticələrə nail ola bilərik".
Sizin Reklam Yeriniz