Əlaqə Arxiv
news Image
2015.02.03
17:59
| A A A
MTRŞ-dan Zaur Kamalın verilişində səslənən qeyri-etik ifadəyə-MÜNASİBƏT
Milli Televiziya və Radio Şurasının sədr  müavii Qafar Cəbiyev Xəzər telekanalının canlı yayımında Zaur Kamalın aparıcısı olduğu "5-də 5" verilişində səslənən qeyri etik ifadəyə münasbət bildirib. Movqe.az-a danışan Q. Cəbiyev bildirib ki, bu nöqsan MTRŞ-nın monitorinq şöbəsi tərəfindən qeydə alınıb: " Bu məsələ barədə məlumatımız var. Əslində Xəzər telekanalı qanunvericiliyin tələbinə əməl edən bir telekanaldır. Ötən dəfə manatın efirdə cırılması olayına da hamıdan tez telekanal özü reaksiya verərərək ölçü götürdü. Biz bu dəfə də, onların bu məsələ ilə bağlı reaksiyasını gözləyirik. Əlbəttə efirdən qeyri-etik ifadənin səslənməsi düzgün deyil. Amma nəzərə alın ki, bu ifadəni verilişin aparıcısı yox, kiçik səhnəsikdə qonaq qismində iştirak edən xanım səsləndirib. Hər halda bu məsələ bizim nəzarətimizdədir".    

Xatırladaq ki, Zaur Kamalın aparıcısı olduğu "5-də 5" verilişinin qonaqları olan müğənnilər - Niyam Səlami və Səidə Sultan arasında baş verən dialoqda efir etikasına zidd sözlər işləndilib. 

Sizin Reklam Yeriniz