Əlaqə Arxiv
news Image
2015.02.05
12:14
| A A A
I Avropa Oyunları ilə bağlı iştirakçılara və xarici qonaqlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsi məqsədilə işlər aparılır
2015-ci ilin iyun ayında paytaxt Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı iştirakçılara və xarici qonaqlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi hazırlıq işlərini davam etdirir. Movqe.az-ın xəbərinə görə, bu barədə məlumatı Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədrili verib. Onun sözlərinə görə, nazirlik iştirakçılara və xarici qonaqlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək məqsədilə Səhiyyə Nazirliyi könüllüləri əməkdaşlığa dəvət edib: "Ənənəvi və innovativ idman növləri ilə tanınan dünyanın 7000-dən çox yüksək dərəcəli idmançısı bu yarışmada iştirak üçün 20 günə yaxın müddət ərzində ölkəmizdə olacaqlar. Avropa Oyunlarında keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək məqsədilə ali tibbi təhsilli terapevt, fizioterapevt, kardioloq, travmatoloq-ortoped və s. ixtisaslar üzrə elanlar yerləşdirilib, yaşı 25 - 45 arası, xarici dilləri bilən tibb işçilərinə üstünlük verilir. İdman tədbirlərində idmançılarla iş təcrübəsi olan, ingilis dilini əla səviyyədə başa düşmək və danışmaq səviyyəsində olan həkimlər cəlb edilib. Tibb bacıları üçün tələblər ən azı 3 il iş təcrübəsi, ingilis dilini başa düşmək və danışmaq,çeviklik,komandada işləmək bacarığı və sairdir. Bütün tibb işçiləri üçün əsas tələblərdən biri ingilis dilini başa düşmək və danışmaqdır. Hazırlıq işləri keçiriləcək I Avropa Oyunları ilə bağlı iştirakçılara və xarici qonaqlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək məqsədilə kursların təşkili, təcrübənin öyrənilməsi istiqamətində davam etdirilir".
Sizin Reklam Yeriniz