Əlaqə Arxiv
news Image
2015.02.07
19:09
| A A A
Şirvanda iki maşın toqquşdu, yaralananlar var
Movqe.az APA-ya istinadən xəbər verir ki , Şirvan Şəhər Polis Şöbəsindən  verilən məlumatına görə, hadisə şəhərin 1 may küçəsində qeydə alınıb.

1991-ci il təvəllüdlüQuliyev Abas Sərxoş oğlunun idarə etdiyi "Lada Priora" markalı 10 PS 852 dövlət nömrə nişanlı avtomobil "Prado" markalı avtomobillə toqquşub. Nəticədə "Prado" markalı avtomobildə olan 1964-cü il təvəllüdlüXudiyev Mikayıl Məsləhət oğlu, "Lada Priora" markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişin, 1994-cü il təvəllüdlüQarayev Elxan Azad oğlumüxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına aparılıb. Onlar ambulator yardım alındıqdan sonra evə buraxılıb. Avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı Şirvan polis Şöbəsində araşdırma aparılır.
Sizin Reklam Yeriniz