Əlaqə Arxiv
news Image
2015.02.08
15:00
| A A A
Şirvanda qəza: 1 ölü, 4 yaralı
Şirvanda baş vermiş avtoqəza nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Movqe.Az APA-ya istinadən bildirir ki, Şirvan polis şöbəsindən verilən məlumata görə, hadisə axşam saat 21.00 radələrində Şirvan şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Şirvan sakini 1965-ci il təvəllüdlü Səmədov Yadigar Vəlixan oğlunun idarə etdiyi VAZ 2107 markalı 10 MC 661 dövlət nömrə nişanlı avtomobil Şirvan sakini 1981-ci il təvəllüdlü Cəfərov Faiq İslam oğlunun idarə etdiyi "Azsamand Runna" markalı 10 PT 736 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Zərbə nəticəsində VAZ 2107 markalı avtomobil hündürlükdən dərin dərəyə yuvarlanıb.

Nəticədə VAZ 2107 markalı avtomobildə olan sərnişin Şirvan sakini 1981-ci il təvəllüdlü Əsgərov Allahverdi Rafayıl oğlu hadisə yerində ölüb, sürücü və sərnişinlər Şirvan sakinləri 1993-cü il təvəllüdlü Zərbəliyev Faiq Mirzəli oğlu, 1970-ci il təvəllüdlü Abbasov Zabil Xanbala oğlu və "Azsamand Runna"-da olan sərnişin Şirvan sakini 1980-ci il təvəllüdlü Kazımov İsgəndər İbrahim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Şirvan polis şöbəsindəı araşdırma aparılır.

Sizin Reklam Yeriniz