Əlaqə Arxiv
news Image
2015.02.08
20:05
| A A A
ABŞ-da qanlı olay: biri uşaq olmaqla 6 nəfər öldü
ABŞ-ın Corciya ştatında baş vermiş atışma nəticəsində uşaq daxil olmaqla 6 nəfər ölüb.

Movqe.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident Duqlasvill şəhərində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb. Yaralılardan biri atəş açan şəxsdir, o intihar məqsədi ilə özünə atəş açıb. Onun xəstəxanaya çatdırıldıqdan az sonra keçindiyi bildirilir. ŞerifQlen Denielaçıqlamasında bildirib ki, atışma barədə xəbər polisə yerli vaxtla 23.00-da daxil olub. O, ölənlərin arasında azı bir uşağın olduğunu təsdiqləyib. Bəzi KİV-lər ölənlər arasında 2 uşağın olduğunu bildirib.

Polis ölən şəxslərin adını hələlik açıqlamır. Hadisənin səbəbləri məlum deyil.
Sizin Reklam Yeriniz