Əlaqə Arxiv
news Image
2015.02.08
23:07
| A A A
Tələbə dəhşəti davam edir? 12 nəfər itdi
Meksikanın Kokula şəhərində 12 nəfər oğurlanıb.

Movqe.az Milli.Az-a istinadən bildirir ki, hadisə Kokuladan yarım saatlıq yolda baş verib. İtənlərin hamısı hadisə baş verərkən avtomobillə hərəkətdəymiş.

Hökumət nümayəndələri hələlik vəziyyət barədə açıqlama verməyiblər.

Kanadanın Media Luna şaxtasının nümayəndəsiXuan Sunyiqanın sözlərinə görə, oğurlananların hamısı həmin şaxtanın işçiləridir. Yalnız bu informasiyanı şaxtanın aid olduğu Torex Gold Resources şirkəti təsdiq etmir.

El Universal-a müsahibəsində kanada firmasının vitse-prezidentiQabriela Sançesdeyib ki, oğurlananlardan yalnız biri şaxtanın işçisidir.

Kokula ötən ilin sentyabrında da oxşar dəhşət yaşayıb. Gerrero ştatında yerləşən şəhərdə 43 tələbənin qalıqları yandırılmışdı. Meksikanın baş prokuroruXesus Murilyo Karamın dediyinə görə, tələbələr öldürülüb yandırıldıqdan sonra cəsədlərinin qalıqları Kokula yaxınlığındakı San-Xuan çayına atılıb.

Tələbələr İquala şəhərindən yoxa çıxmışdılar. Sonra məlum oldu ki, onları polislər oğurlayaraq quldurlara veriblər. Bu hadisəyə görə İquala meri, bir çox polis rəisləri tutulmuşdu.
Sizin Reklam Yeriniz