Bakı metrosunda həyəcan
Bu gün səhər saat 08 radələrində Bakı
Metropolitenində nasazlıq baş verib. ANS PRESS-in məlumatına görə, hadisə metronun "Elmlər
Akademiyası" stansiyasında qeydə alınıb. Belə ki, sərnişinlərin sıx olduğu bir vaxtda stansiyanın çıxış
istiqamətində işləyən eskalatoru dayanıb. Nəticədə eskalatorla
yuxarı qalxan sərnişinlər təşviş keçirib. Hadisə nəticəsində stansiyada sərnişin sıxlığı yaşanıb.
Təxminən 5 dəqiqə müddətində eskalatordakı sərnişinlər ayaqla
qalxmalı olublar. "Elmlər Akademiyası"
stansiyasının növbətçisi sərnişinlərə eskalatorun naməlum səbəbdən
dayandığını bildirib. Növbətçi sərnişinlərə ehtiyatlı olmağı
tövsiyyə edib. "Hörmətli sərnişinlər,
ehtiyatlı olun. Eskalator anidən işə düşə bilər və yıxıla
bilərsiniz", - deyə növbətçi bildirib.Eskalator bir neçə dəfə geriyə və irəli işləyib. Sonra isə
yenidən işə düşüb. Hadisə ilə bağlı
Bakı metropolitenilə əlaqə saxladıq. Metronun mətbuat xidmətinin
rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə
sərnişinlərdən birinin məsuliyyətsizliyi ucbatından baş
verib. "Hadisə saat 08:40-da baş
verib. Sərnişinlərdən biri heç bir səbəb olmadan eskalatorun təcili
dayandırma düyməsini basıb. Təcili hadisə yerinə mütəxəssislər və
polis əməkdaşları cəlb olunub. Araşdırmalar aparılıb və eskalatorun
heç bir səbəb olmadan dayandırıldığı məlum olub. Eskalator saat
08:44-də təkrar işə salınıb", - deyə Nəsimi Paşayev
bildirib.
Hadisə zamanı heç kəs xəsarət almayıb. Lakin sərnişinlər narahatlıq keçirib. Bu səbəbdən belə hadisələrin baş verməməsi üçün Nəsimi Paşayev vətəndaşlara müraciət edib:
"Gərək hər kəs etdiyi əməlin nəticəsini dərk etsin. Biz eskalatoru dayanan kimi işə sala bilmərik. Onun hansı səbəbdən dayandırıldığı yoxlanmalıdır. Bu vaxt aparır. Buna qədər sərnişinlər əziyyət çəkir. Ona görə də, xahiş olunur ki, metropolitendə hansısa əməliyyatı yerinə yetirərkən son dərəcə diqqətli olun. Çünki məsuliyyətsiz hərəkət çoxsaylı insanın əziyyət çəkməsinə səbəb ola bilər".