Əlaqə Arxiv
news Image
2015.02.19
08:52
| A A A
Elnur “O səs Türkiyə”nin qalibi oldu- VİDEO
Bu gün "O səs Türkiyə"nin final gecəsi keçirilib. Movqe.az-ın  məlumatına görə, yarışmaya qatıldığı ilk gündən möhtəşəm səhnə performansı və güclü səsi ilə izləyicilərin rəğbətini qazanan həmyerlimiz Elnur Hüseynov finalda da özünəməxsus çıxışı ilə yadda qalıb.Ebru Gündeşin komandasında yarışan həmyerlimiz ilk olaraq "O Sole Mio" opera parçasını səsləndirib. Daha sonra o, ilk mərhələdə oxuduğu Sertab Erenerin "Aşk" mahnısını bir daha ifa edib.İlk səsvermədən sonra Elnur qalib "üçlük"də qalıb. İfaçı bu dəfə ilk seçim turunda ifa etdiyi "Lutch" (Sem Smit) mahnısını yenidən oxuyub.Növbəti səsvermədə azərbaycanlı iştirakçı son ikiliyə qalaraq qalib olmaq üçün yarışmaya davam edib və ən nəhayət finalda "O səs Türkiyə"nin 4-cü mövsümündə birinciliyə layiq görülüb. Xatırladaq ki, Elnur Hüseynov "Eurovision 2008"də Samir Cavadzadə ilə Azərbaycanı təmsil etmiş ifaçıdır.


Sizin Reklam Yeriniz