“Bu unudulmaz hekayəni canlandıra biləcəyik” – Leyla Əliyeva
Sabahdan dünyada bestseller olan "Əli və Nino"
romanı əsasında eyniadlı filmin çəkilişləri başlayır.
Movqe.az xəbər verir ki, bu
münasibətlə Heydər Əliyev Mərkəzində "Əli və Nino" filminin
yaradıcı heyəti ilə mətbuat konfransı
keçirilib. Heydər Əliyev Fondunun
vitse-prezidenti, filmin icraçı prodüseri Leyla Əliyeva mətbuat
konfransında iştirak edib.Mətbuat konfransında çıxış edən Leyla
Əliyeva layihə haqqında danışaraq, bu gündən uzun səyahətin sonuna
yaxınlaşdıqlarını, "Əli və Nino" filminin çəkilişlərinə hazırlıq
işlərinin başa çatdığını bildirib: "Mən çox sevinirəm ki, biz bu
səyahətin sonunda məhz bu layihənin həyata keçirilməsinə nail
olduq. Hər birinizi Bakıda görməkdən çox məmnunam və çox sevinirəm
ki, biz "Əli və Nino" kimi gözəl, epik bir məhəbbət hekayəsinin bu
gün filmə çevrilməsində iştirak edirik. Mən "Əli və Nino" əsərini
dəfələrlə oxumuşam və onu ilk dəfə oxuyanda hiss etdiyim həyəcan
indiyədək xatirimdədir. XX əsrin əvvəlində yazılmış bu əsər
Azərbaycanın o dövrdəki insanlarını, məkanlarını aydın şəkildə
təsvir edir. O, bu gün – 100 il sonra da əks-səda doğuran sevgi
hekayəsini canlandırır. Çox şadam ki, film məhz Bakının
küçələrində, İçərişəhərdə, Opera və Balet Teatrında, Qobustanda,
Xınalıq dağlarında – əsərdə təsvir olunan yerlərdə
çəkiləcək.
Düşünürəm ki, Azərbaycan qədim ənənələr ölkəsidir. Avropa və Asiyanın qovuşuğunda yerləşərək tolerantlıq və dialoqun nümunəsidir.
Mən bu istedadlı aktyorları və çəkiliş heyətini Bakıda salamlamaqdan məmnunam. Əminəm ki, onların köməyi ilə biz bu unudulmaz hekayəni canlandıra biləcəyik. Hamıya uğurlar arzu edirəm".
Filmin quruluşçu rejissoru Kris TİKYER Heydər Əliyev Fonduna və Fondun vitse-prezidenti Leyla Əliyevaya layihənin reallaşdırılmasına göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, film üçün yaxşı ssenari, beynəlxalq səviyyədə möhtəşəm komanda, çəkiliş üçün gözəl məkanlar və güclü çəkiliş heyəti var