Əlaqə Arxiv
news Image
2015.02.26
10:26
| A A A
Bu yollar bağlı olacaq
Bu gün Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar bəzi paytaxt yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədovun Movqe.az-a verdiyi açıqlamaya görə, Xocalı prospektində yerləşən "Ana harayı" abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə həmin ərazidə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bundan əlavə Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Fəzail Bayramov, Sabit Orucov və digər kəsişən küçələrdən Xocalı prospektinə doğru hərəkət dayandırılacaq. Buna görə də vətəndaşlara qeyd olunan ərazilərdən şəxsi avtomobillərindən istifadə etməməyi və mümkün qədər ictimai nəqliyyatdan istifadə etmək tövsiyyə olunur.


Sizin Reklam Yeriniz