Əlaqə Arxiv
news Image
2015.02.28
11:11
| A A A
Dollara görə şok qərar verildi
Türkiyənin Mərkəzi Bankı volatilliyin (dəyişkənliyin) artması ilə əlaqədar gündəlik satış hərraclarının keçirilməsi üzrə tenderlerə dəyişiklik etmək barədə qərar verib.

Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, Mərkəzi Bank milli valyutanın sabit saxlanılması üçün müəyyən güzəştlərə gedəcək.

"Valyuta bazarında yaranmış vəziyyətlə əlaqədar fevralın 27-dən etibarən valyuta hərracları üzrə kompensasiyaların məbləği gündəlik olaraq müəyyən ediləcək. Belə ki, ehtiyac olarsa gündəlik satış hərracları 50 fazi artırılaraq 40 milyon dollardan 60 milyon dollara artırılacaq", deyə MB-nin açıqlamasında bildirilir.

Bu açıqlamadan sonra Türkiyədə dollar dərhal ucuzlaşıb. Belə ki, 1 dollar 2,50 lirədən aşağı düşüb. Qeyd edək ki, Türkiyədə son günlər dollar kəskin bahalaşaraq 1 dollar 2,51 lirə təşkil edib.
Sizin Reklam Yeriniz