Əlaqə Arxiv
news Image
2015.03.08
15:14
| A A A
Ukrayna böhranından çıxış yolu səsləndi
Rusiya və Almaniya ATƏT-i Ukraynadakı müşahidəçilərinin sayını artırmağa çağırıb.

Movqe.az-ın Milli.az-a istinadən  məlumatına görə, Rusiyanın və Almaniyanın xarici işlər nazirləriSergey Lavrov və Frank-Valter Şteinmeyer ATƏT-i şərqi Ukraynadakı müşahidəçilərinin sayını 1000-ə çatdırmaqla missiyasını gücləndirməyə dəvət ediblər.

ATƏT-in hazırda Ukraynada olan müşahidəçilər qrupu əsas məntəqələrə gedə bilmədiklərindən gileylənirlər.

Bununla belə Ukrayna hökuməti israr edir ki, Rusiya hərbçiləri hələ də ölkə ərazisinə daxil olmaqda davam edirlər. Bəzi iddialara görə hazırda Ukrayna ərazisində 18 minədək Rusiya hərbçisi var.

Ötən ay Minskdə imzalanmış sülh razılaşması bütün xarici qüvvələrin Ukraynadan çıxarılmasını tələb edir.

ATƏT-in baş katibi Lamberto Zannier deyib ki, atəşəkəsə hələlik riayət edilir, lakin onun pozulduğu hallar da olur. O bildirib ki, onun monitorinq komandasının problemi müşahidəçilərinin sayı yox, onlara əsas məntəqələrə giriş verilməməsidir.

Avropa İttifaqının xarici işlər komissarı Federica Mogerini də ATƏT müşahidəçilərinə daha geniş hərəkət azadlığı verilməsinə çağırıb.

Riqada Aİ xarici işlər nazirlərinin görüşündən sonra komissar deyib ki, Ukraynadakı ATƏT missiyasına peyk avadanlığı veriləcək.

Bu avadanlıq onlara daxil ola bilmədikləri ərazilər barədə məlumatın toplanması üçün lazımdır. 
Sizin Reklam Yeriniz