Əlaqə Arxiv
news Image
2015.03.09
12:05
| A A A
Gədəbəydə qadınlar üçün oxudular
Gədəbəydə Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir baş tutub

Movqe.az-ın Kəpəz TV-ə (Region TV) istinadən məlumatına görə, Gədəbəy rayonunda da 8 Mart - Beynəlxalq Qadınlar Günü geniş şəkildə qeyd olunub. 200-dən artıq fəal qadının iştirak etdiyi tədbirdə Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı fəal mövqelərindən ətraflı bəhs edilib. Qeyd olunub ki, bu gün Azərbaycan qadınlarının səsi dünyanın ən ali və mötəbər beynəlxalq kürsülərindən eşidilir ki, bu da müasir Azərbaycan cəmiyyətində qadın hüquqlarının yüksək tutulmasının və ölkədə gender bərabərliyinin bariz nümunəsidir. Bu gün ölkə qadınlarının əldə etdikləri uğurlar içərisində Gədəbəy qadınlarının da öz rolunun olduğu diqqətə çatdırıldı. Hazırda rayon əhalisinin 49 faizdən çoxunu qadınlar təşkil edir. Və bu gün rayon üzrə dövlət qulluğunda çalışan qadınların sayı kişilərin sayı ilə eynilik təşkil edir. Bayram münasibəti ilə fəal qadınlardan bir qrupuna rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli xatirə hədiyyələri təqdim olunub. Tədbir rayon mədəniyyət və turizim şöbəsinin hazırladığı geniş konsert proqramı ilə davam edib.


Sizin Reklam Yeriniz